- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 40
- İyun 19, 2026
- 0

“İnter”in hücumçusu Lautaro Martines Argentina millisinin bütün zamanların ən yaxşı beş qol vuran futbolçusu siyahısına daxil olub.
Allsport.az xəbər verir ki, 28 yaşlı oyunçu Puerto-Rikonu 6:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə dubla imza ataraq millinin heyətindəki qollarının sayını 35-ə çatdırıb.
Bununla da Martines əfsanəvi Dieqo Maradonanı (34 qol) geridə qoyub. Lautaro indi yalnız Serxio Agüero (42), Qabriel Batistuta (54) və Lionel Messidən (114) geri qalır.