- Baxış sayı: 45
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Yuventus”un hücumçusu Arkadiuş Milik Rusiya klubuna təklif edilib.
Allsport.az xəbər verir ki, komandanın adı açıqlanmır.
Polşalı futbolçu Turin klubunun planlarına daxil deyil. 31 yaşlı oyunçunun “Yuventus”da illik maaşı 1,8 milyon avrodur.
Apreldə “Qoca sinyora” Miliklə müqaviləni 2027-ci il iyunun 30-na kimi uzadıb. O, sonuncu dəfə ötən ilin mayında meydana çıxıb.