- Baxış sayı: 141
- 29 İyul 2026 21:00
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Çimərlik futbolu üzrə millimiz Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan milli 4:3 hesablı qələbə qazanıb.
Avtoqolun qeydə alındığı oyunda Azərbaycan yığmasının digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Növbəti mərhələyə vəsiqə qazanan milli seçmə mərhələnin 1/8 finalında, iyunun 25-də “A” qrupunun qalibi ilə üz-üzə gələcək.
“A” qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.