- Baxış sayı: 49
- 21 Sentyabr 2026 17:40
- Baxış sayı: 229
- Sentyabr 17, 2026
- 0

Oğlanlardan ibarət Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının “B” divizionunda son oyununu keçirib.
Allsport.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində təşkil olunan turnirdə yığmamız 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 91:73 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 22 komanda arasında 16-cı pillədə başa vurub.