- Baxış sayı: 47
- 06 Sentyabr 2026 16:06
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Qadınlar arasında basketbol üzrə dünya çempionatının qrup mərhələsinin son turunda Fransa millisi Nigeriyanı böyük hesabla məğlub edib.
Allsport.az xəbər verir ki, fransalı basketbolçular qarşılaşmadan 111:56 hesablı qələbə ilə ayrılıblar.
Fransa millisi görüşdə uzaq məsafədən yüksək dəqiqlik nümayiş etdirərək turnirin yeni rekorduna imza atıb. Komanda 22 üçlük isabətli atış həyata keçirib.
Buna qədər rekord Yaponiyaya məxsus idi. Asiya təmsilçisi turnirin ilk günündə 20 üçlük atışını dəqiq yerinə yetirmişdi.