- Baxış sayı: 58
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 528
- Oktyabr 21, 2026
- 0

3×3 basketbol üzrə “Neftçi SOKAR” komandası dünya qadın seriyasının mövsüm finalında növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçis Şanxayda keçirilən yarışın yarımfinalında Fransa komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 15:13.
“Ağ-qaralar” daha əvvəl 1/4 finalda Monqolustanın “Ulan-Bator Amazons” kollektivinə qalib gəlmişdi – 21:18.
Xatırladaq ki, “Neftçi SOKAR” ötən gün “A” qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.