- Baxış sayı: 91
- 20 Noyabr 2026 23:11
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 17-dən 23-dək Bakıda, avqustun 24-dən 28-dək Ukraynanın Kiyev şəhərində, avqustun 29-dan sentyabrın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Allsport.az xəbər verir ki, yığmamızın avqustun 25-də və 27-də Kiyevdə ukraynalı həmyaşıdları ilə, sentyabrın 3-də və 5-də isə Minskdə Belarusun müvafiq yaş qrupuna aid yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Toplanışda iştirak edəcək futbolçuların siyahısı bir qədər sonra açıqlanacaq.