- Baxış sayı: 42
- 10 Sentyabr 2026 12:25
- Baxış sayı: 361
- Sentyabr 08, 2026
- 0

Azərbaycanın qadınlardan ibarət milli komandasının 6 üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb. Allsport.az xəbər verir ki, yeni mövsümdən etibarən basketbolçular təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirəcəklər.
Səlminaz Ramazanlı Luiziana xristian universitetində, Əla Nur Göyçöl Georgian Court universitetində, Aylin Əkbərzadə Con Bapst memorial liseyində, Polina Şukina Mərkəzi Florida akademiyasında, Aylin Niftəliyeva Springfield kommonvealth akademiyasında, Dəniz Gökçöl isə Central Pointe xristian akademiyasında təhsil alacaqlar.
Basketbolçuların ABŞ-də təhsil və idman fəaliyyətlərini davam etdirməsinin onların yeni mühitdə inkişafına, yerli basketbol sistemi ilə tanış olmasına və təcrübə qazanmasına imkan yaradacağı gözlənilir.