Yarımfinala vəsiqə qazandı

Yarımfinala vəsiqə qazandı

3×3 basketbol üzrə “Neftçi SOKAR” komandası dünya qadın seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şanxayda keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:18 hesabı ilə üstələyən “ağ-qaralar” yarımfinala yüksəlib.

Xatırladaq ki, “Neftçi SOKAR” ötən gün “A” qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.

Həmin kateqoriyadan