- Baxış sayı: 58
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Əvrən Alqaya ilə Azərbaycan basketbol federasiyası arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.
Allsport.az xəbər verir ki, 2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarımıza rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FİBA qarşılaşmasında komandalarımızın başında yer alıb.
Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023 və 2024-cü illərdə Avropa çempionatının “C” divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 isə 2024-cü ildə “C” divizionunda gümüş medal qazanıb.
Əvrən Alqaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət ayırıb.