Millimizin rəqibinin futbolçusu komandada qalmaqal saldı

İtaliyanın “Novara” klubunun hücumçusu Andrey Qalabinov Bolqarıstan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya (10 oktyabr) və Azərbaycanla (13 oktyabr) oyunlarına dəvət alsa da, o, milliyə qoşulmaqdan imtina edib.

Allsport.az saytı xəbər verir ki, futbolçu özünü tam hazır hiss etmədiyi üçün, komandanın düşərgəsinə qoşulmaqdan imtina edib.

Amma Bolqarıstan mətbuatı bunu Qalabinovun yığmanın baş məşqçisi İvaylo Petevdən incik olması ilə əlaqələndirir. Çünki Petev onu bir müddət öncə keçirilmiş Norveç və İtaliya oyunlara dəvət etməmişdi.

Həmin kateqoriyadan