- Baxış sayı: 22
- 09 Avqust 2026 10:00
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0
Serbiya Super Liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Yaqodina” ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın start heyətində meydana çıxan Subaşiç bu dəfə də komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 6 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.