8 illik cəza

8 illik cəza

Ekvador futbol federasiyası (FEF) “Yantzaza”nın futbolçusu Con Perlasanı hakimə yad əşya atdığı üçün 8 il müddətinə diskvalifikasiya edib.

Allsport.az xəbər verir ki, hadisə ötən ay Ekvadorun III liqasında keçirilən “Yantzaza” – “Aquariko” matçında baş verib.

Matçın 96-cı dəqiqəsində ehtiyat oyunçular skamyasında yer alan Perlasa yerdən götürdüyü yad əşyanı yan xətt hakimi Covanni Oyedaya atıb.

FEF məsələni araşdırıb və real görüntülər əsasında oyunçunu futboldan uzaqlaşdırıb. Bu qərardan sonra “Yantzaza” klubu Perlasa ilə yollarını ayırıb.

Oyunçu 2034-cü ilə qədər heç bir futbol fəaliyyəti ilə məşğul ola bilməz.

Həmin kateqoriyadan