Ötən ayın ən yaxşısı seçildi

Ötən ayın ən yaxşısı seçildi

“Real Madrid”in oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Allsport.az xəbər verir ki, bu ada komandanın ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.

23 yaşlı futbolçu oktyabrda “Real Madrid”in keçirdiyi beş qarşılaşmanın hamısında iştirak edib. O, bu matçlarda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Madrid təmsilçisi həmin görüşlərin hamısından qələbə ilə ayrılıb.

Həmin kateqoriyadan