- Baxış sayı: 32
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Viza probleminə görə son bir neçə ayı Azərbaycanda keçirən Fərid Nəbiyevin problemi həll olunub. Allsport.az xəbər verir ki, 21 yaşlı hücumameyilli futbolçu Çex Respublikasına qayıdıb.
“Viktoriya Jijkov”un futbolçusu dünən axşam saatlarında sözügedən ölkəyə yollanıb. Fərid bu gün səhər məşqində iştirak edib.
U-21 millimizin futbolçusu Azərbaycanda olduğu müddətdə xüsusi məşqçi ilə formasını qoruyub.