- Baxış sayı: 49
- 19 İyun 2026 03:50
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Viktoriya Köln 1904” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 16 xalla 19 klub arasında 10-cu pillədə qərarlaşıb.