- Baxış sayı: 22
- 09 Avqust 2026 10:00
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0

UEFA-nın prezidenti, FİFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək. Allsport.az xəbər verir ki, səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.
Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.