- Baxış sayı: 48
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç rəsmən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq Qətərin “Ər-Rayyan” komandasına keçib.
Allsport.az xəbər verir ki, razılaşmanın təfərrüatları barədə məlumat verilməyib.
30 yaşlı futbolçu 2023-cü ildən “Əl-Hilal”da çıxış edirdi. O, bütün turnirlərdə 79 matçda iştirak edib, 68 qol vurub və 15 məhsuldar ötürmə edib.
İspaniya millisinin sabiq hücumçusu Rodriqo Moreno da “Əl-Rayyan”da çıxış edir.