- Baxış sayı: 48
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qalatasaray” “Monako”nun futbolçusu Vilfrid Sinqonu transfer etmək istəyir.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı sağ cinah müdafiəçisi üçün danışıqlara başlayıb.
“Sarı-qırmızılar” qarşı tərəfə 25 milyon avroya məcburi transfer şərti ilə bir illik icarə təklifi göndərib.
Sinqonun “Monako” ilə müqavilə müddəti 2028-ci ilin yayında bitir. Onun sözləşməsində sərbəst qalma məbləği 40 milyon avrodur.