- Baxış sayı: 30
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

“Komo” “Milan”ın hücumçusu Alvaro Moratanın transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu bir illik icarəyə götürülüb.
Morata ötən mövsümə “Milan”da başlayıb, bu ilin fevralında isə icarə əsasında “Qalatasaray”a keçib. O, “rossonerilər”in heyətində 25 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. İstanbul komandasının heyətində isə 16 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.