Nadir Qasımov 10 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müakirələrdən sonra 1-ci divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şuşa Qarabağ” – “Şəmkir” matçının 89-cu dəqiqəsində “Şuşa Qarabağ”ın məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şuşa Qarabağ”ln baş məşqçisi Nadir Qasımov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şuşa Qarabağ”ın baş məşqçisi Nadir Qasımov geniş kütlə qarşısında hakimlər briqadasını təhqir etdiyinə görə 10 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Bu hal ikinci dəfə təkrar olunduğuna görə Nadir Qasımovun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına qadağa qoyulub.

“Neftçala” – “Göyəzən” matçının 72-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Babək Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Həmin kateqoriyadan