- Baxış sayı: 30
- 26 Aprel 2024 18:00
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
Namiq Ələsgərov son 8 mövsümdə “Neftçi”nin heyətində “Qarabağ”la oyunda birdən artıq qol vuran ilk futbolçu olub. Allsport.az xəbər verir ki, 2012/13 mövsümündən sonra paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubl etməmişdi.
Yarımmüdafiəçi premyer liqanın XV turunun səfər oyununda vurduğu iki topla 2:1 hesablı qələbədə pay sahibi olub.
“Neftçi”nin “Qarabağ”a 2 qol vuran sonuncu oyunçusu Nikolas Kanales idi. O, 2012/13 mövsümünün sonunda fərqlənib. Çilili forvardın dubl müəllifi olduğu 2013-cü ilin mayın 4-dəki görüşdə də bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıb. Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə sevinməyib.