- Baxış sayı: 33
- 06 May 2026 18:40
- Baxış sayı: 50
- May 06, 2026
- 0

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “A” seriyasının 5-ci turunda “Napoli” üzərində 2:1 hesablı qələbədən sonra komandasını tərifləyib.
Allsport.az xəbər verir ki, o, bununla bağlı mətbuat konfransında danışıb:
“Mən xoşbəxtəm, çünki bu, “Napoli” kimi keyfiyyətli komandaya qarşı vacib və çox çətin sınaq idi. Birinci hissədə əla oynadıq, amma təəssüf ki, ikinci hissədə on nəfərlə qaldıq. Bu gün qələbədən həzz almalı və sabah beynəlxalq fasiləyə qədər növbəti matça hazırlaşmalıyıq”.