- Baxış sayı: 33
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

Almaniya ikinci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Bohum”la qarşılaşıb. Matç 3:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Karlsrue” hazırda 19 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.