“Neftçala” gürcülərə də qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçala” Antalyadakı hazırlıq prosesi çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, 1-ci divizion təmsilçisi Gürcüstanın “Zuqdidi” klubu ilə qarşılaşıb.

Oyun Azərbaycan klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, “Neftçala” bundan əvvəlki yoxlama oyunlarında Almaniyanın “Viktoriya” klubuna 2:1, Türkiyənin “Manavqatspor” komandasına 5:0 hesabıyla qalib gəlmiş, Polşa “Yaqelloniya”sına 2:4 hesabıyla uduzmuşdu.

Həmin kateqoriyadan