“Neftçala” stadionu yenilənir

“Neftçala” 2-ci dövrənin hazırlıqlarını Bakıda davam etdirir. Allsport.az xəbər verir ki, ikinci dövrədəki ilk oyununu səfərdə “Energetik”ə qarşı keçirəcək neftçalalılar Mingəçevirə də məhz Bakıdan yola düşəcək.

Komandanın Bakıda hazırlıq keçməsinin səbəbi Neftçala stadionunun yaxşı vəziyyətdə olmamasıdır.

Lakin son məlumata görə, artıq bu sahədə işlərə başlanılıb. Belə ki, Neftçala stadionuna bir maşın qum gətirilib və qazonun kələ-kötür hissələrinə səpilib. “Neftçala”nın ev oyununa kimi qazon sulanacaq və bir dəfə biçiləcək. Klub rəhbərliyi bununla ot örtüyünü ən azından normal vəziyyətə gətirməyi düşünür.

Həmin kateqoriyadan