“Neftçala” üçün yeni stadion və mehmanxana

“Neftçala” stadionunun yararsız vəziyyətdə olması haqda dəfələrlə söz açılıb. Allsport.az xəbər verir ki, məhz bu səbəbdən rayonu təmsil edən eyni adlı komanda məşqlərinin böyük hissəsini Bakıda keçir. Lakin yaxın zamanlarda Neftçalada da müasir baza və stadion olacaq.

Artıq rayonda yeni Olimpiya İdman Mərkəzinin tikintisinə start verilib.

Bu mərkəzə stadion, məşq meydançası, eyni zamanda idmançıların qalması üçün otel də daxildir. Mərkəz istifadəyə verildikdən sonra “Neftçala” birdəfəlik bu bazaya köçəcək.

Həmin kateqoriyadan