“Neftçi” nümayəndəsi Avropa Klublar Assosiasiyasının işçi qrupunda

Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib. Allsport.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer alıb.

İşçi qrupunun üzvləri arasında İspaniyanın “Real” (Madrid), İtaliyanın “Milan”, Almaniyanın “Bavariya”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.

“Neftçi” PFK-ya ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.

Həmin kateqoriyadan