“Neftçi” Ruslan Abışovla vidalaşıb

“Neftçi” Ruslan Abışovla vidalaşıb

“Neftçi” Ruslan Abışovla yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, klubun Feysbuk səhifəsində onun bağlı material yayımlanıb. “Təşəkkürlər, kapitan” başlığı ilə yayımlanan videodan “ağ-qaralar”ın kapitanla vidalaşdığı aydın olur.

2003-2012-ci illərdə “Neftçi”də çıxış edən müdafiəçi, sonra “Xəzər Lənkəran”, “Rubin” (Qazan, Rusiya), “Qəbələ” və “İnter”də oynayıb. O, 2017-ci ildə yenidən “Neftçi”yə qayıdıb. Onun flaqmanla 1-illik müqaviləsi vardı.

Həmin kateqoriyadan