“Neftçi” yeni əcnəbi qapıçını sınayır

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” sabah hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirəcək. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” yenə Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” komandası ilə qarşılaşacaq.

Flaqman ilk sınaq matçını da bu komandaya qarşı keçirmiş və 1:2 hesabı ilə məğlub olmuşdu. Yeri gəlmişkən, Vəli Qasımov hazırda yeni əcnəbi qapıçını baxışdan keçirir. Sabahkı sınaq matçında həmin qapıçı da meydanda olacaq.

Adını dəqiqləşdirə bilməsək də, yeni gələn qolkiperin əcnəbi olduğunu öyrəndik. O, afrikalılarla görüşdə ümidləri doğrultsa, bakılılarla müqavilə bağlayacaq və Avropa Liqası üçün sifariş olunacaq.

Həmin kateqoriyadan