“Neftçi”də yeni hücumçu

“Neftçi” heyətini gücləndirib. Allsport.az xəbər verir ki, bolqarıstanlı futbolçu Əhməd Əhmədovla mövsümün sonunadək müqavilə imzalanıb.

Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında paytaxt təmsilçisində çıxış edəcək.

Əhməd Bolqarıstanın “Çernomorets” (2013-2014), “Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), “Pomorie” (2015-2018; 85 oyun, 25 qol), “Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.

Həmin kateqoriyadan