- Baxış sayı: 30
- 10 Noyabr 2026 10:16
- Baxış sayı: 241
- Noyabr 09, 2026
- 0

“Neftçi” peşəkar futbol klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Allsport.az xəbər verir ki, klubla “Bella Pizza” arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib.
Tərəflər ilkin mərhələdə 6 aylıq müqaviləyə imza atıb. Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Bella Pizza” ilə bağlı təbliğat materialları yerləşdiriləcək.