- Baxış sayı: 19
- 09 Noyabr 2026 21:18
- Baxış sayı: 144
- Noyabr 09, 2026
- 0

“Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. Allsport.az saytı xəbər verir ki, qolkiper son məşqlərdən birində daban oynağından zədə alıb.
Həkimlərin rəyinə görə, o, 3-4 həftə müalicə olunacaq. Aqil Məmmədov yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.
Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında “Neftçi”yə transfer olunub.