Neymara görə NBA tarixinin ən yaxşı 6 oyunçusu

Allsport.az xəbər verir ki, Fransanın “PSJ” futbol klubunun ulduzu Neymar, uşaqlıqda onun idealının Kobi Brayant olduğunu etiraf edib. O, həmçinin NBA tarixinin ən böyük 6 oyunçusunun adını da çəkib.

“Uşaqlıqda Cordan haqqında çox eşitmişdim. Amma mənim ilham mənbəyim Kobi Brayant idi.

Kobenin oyunlarını izlədim, o, ən məşhur komandalarda oynayırdı.

Tarixdə ən yaxşı 6 oyunçu? Cordan, Brayant, Şeqi Oneal, LeBron Ceyms, Stefan Körri və Cimmi Butler. Cimmi tarixə düşdüyü üçün ən yaxşılar sırasında olmalıdır” – Neymar deyib.

Həmin kateqoriyadan