- Baxış sayı: 91
- 20 Noyabr 2026 23:11
- Baxış sayı: 168
- Noyabr 26, 2026
- 0
Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə keçirilmiş Yaponiya ilə oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Ardıcıl ikinci dəfədir ki, bu turnirdə iştirak edirəm. Ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam. O ki qaldı oyuna, Yaponiya yığması kimi güclü rəqibə qalib gəldiyimiz üçün çox sevinirik. Sona qədər mübarizə apardıq. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”.