FOTO
“Odlar yurdu Azərbaycan” ilə daha bir qələbə

İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, “Odlar yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə meydana çıxan Madrid “Atletiko”su da növbəti matçını keçirib.

Sözügedən komanda doğma meydanda “Levante”ni qəbul edib. Qarşılaşma 3:1 hesabıyla “Azərbaycan klubunun” xeyrinə başa çatıb.

Qeyd edək ki, “Atletiko” hazırda 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan