Azərbaycandan aldığı təklifi “qeyri-ciddi” adlandırdı

“Dinamo”nun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb. Allsport.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu ölkəsinin mətbuatına müsahibəsində deyib.

25 yaşlı forvard bildirib ki, ötən il bir çox ölkələrlə yanaşı, Azərbaycanda da oynamaq imkanı olub: “Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi”.

O, yüksək səviyyədə futbol oynamağa davam etmək istədiyi üçün Kiyev təmsilçisini seçdiyini bildirib.

Kleyton ötən il “Atletiko Mineyro”dan “Dinamo”ya keçib.

Həmin kateqoriyadan