- Baxış sayı: 24
- 25 Yanvar 2026 13:42
- Baxış sayı: 29
- Yanvar 25, 2026
- 0

Braziliyada libertadores kubokunun 1/4 final mərhələsində “Palmeyras” öz meydanında “River Pleyt” klubunu 3:1 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, qaliblərin heyətində Xose Lopez iki, Vitor Roke isə bir qol vurub.
İlk oyun da Braziliya komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Palmeyras” turnirin ikinci yarımfinalçısı olub. Klub burada “San Paulo” – “Kito” matçının qalibi ilə qarşılaşacaq.