PFL “CBC Sport”un təklifini rədd etdi!

Bu həftəsonu  Premyer Liqasında 5-ci turun oyunları baş tutacaq. “CBC Sport” telekanalı “Kəpəz” – “Qarabağ” matçının canlı yayımlanması üçün PFL-ə müraciət etmişdi. Allsport.az saytı xəbər verir ki, qarşı tərəf  həmin təklifə rədd cavabı verib.

Bu barədə kanal rəsmi “facebook” səhifəsində məlumat yayıb: ““Kəpəz” – “Qarabağ” qarşılaşmasının canlı yayımlanması üçün danışıqlar aparıldı. Lakin PFL təqvimdə dəyişiklik edə bilmədiyindən məhz bu oyunları canlı verəsi olduq. “Kəpəz” – “Qarabağ” matçının yayımlanmaması ilə bağlı iradlarınızı xahiş edirik ki, Peşəkar Futbol Liqasına ünvanlayasınız”.

Qeyd edək ki, həftəsonu bu matçları “CBC Sport” telekanalı canlı yayımlayacaq:

19 sentyabr
AzAL – “İnter”
“Dalğa Arena”. Saat 21:00

20 sentyabr
“Neftçi” – “Xəzər Lənkəran”
“Bakcell Arena”. Saat 21:00

21 sentyabr
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu. Saat 21:00

Həmin kateqoriyadan