Pley-ofda dayandılar

Serbiyanın Novi Sad şəhərində Avropa birinciliyində gənclərin şəxsi yarışında mübarizə başa çatıb. Allsport.az saytı xəbər verir ki, şpaqaçı qızların şəxsi yarışında Xədicə Həsənli (3 qələbə) və Alfiyə Abdinova (2 qələbə) qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.

Xədicə ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə norveçli Vilde Tengesdala 11:12 hesabı ilə uduzub. Alfiyə isə pley-ofda Türkiyə təmsilçisi Aleyna Eltürkə 10:15 hesabı ilə məğlub olub.

Nazilə RəhimovaAzərin İdriszadə qrup mərhələsini adlaya bilməyib.

Gənc oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Barat Quliyev pley-ofda Almaniya idmançısı Fabio Murruya 10:15 yenilib.

Gənc qız sablyaçıların şəxsi yarışında yeganə təmsilçisi Sofiya Mamina qrupu mərhələsini 2 qələbə ilə başa vuraraq pley-offa yüksəlib. O, ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sirielle Girardinə 10:15 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan