Prosineçki Qriqorçuku təriflədi: Onun rəhbərliyi ilə intizamlı oyun göstərən komanda var

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Maribor”unun rəqibi “Qəbələ”dən danışıb. Allsport.az saytı xəbər verir ki, yerli mətbuatına açıqlamasında, xorvatiyalı mütəxəssis Azərbaycan klubunu tərifləyib:

“Qəbələ”nin necə yaxşı komanda olmasına ən kiçik şübhəniz belə olmasın. Ciddi komandadır. Eyni sözü komandanın baş məşqçisi, ukraynalı mütəxəssis Roman Qriqorçuk barədə də demək olar.

Onun rəhbərliyi ilə intizamlı, təşkilatlanmış oyun göstərən komanda var. Komanda daha çox müdafiəyə diqqət ayırır. Bu üzdən də “Qəbələ”yə qol vurmaq çətindir. Komanda elə də çox risk etmədiyindən, rəqibə də çox qol imkanı vermir”.

Həmin kateqoriyadan