“Qəbələ” idman klubunda mükafatlandırma

İdman araşdırmalar mərkəzinin “İlin qalibləri-2020” layihəsi çərçivəsində növbəti mükafatlandırma olub. Allsport.az saytı xəbər verir ki, tədbir “Qəbələ”nin idarəsində keçirilib. İlin “Döyüşkən idman xadimi” nominasiyasında qalib olan bu idman klubunun prezidenti Fariz Nəcəfov və “İlin döyüşkən məşqçisi” seçilən MMA-çı Bəxtiyar Abbasov təltif ediliblər.

Mərasim 44 günlük 2-ci Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İlin döyüşkən məşqçisi seçilən “Baku MMA Academy”nin baş məşqçisinə ödülü AGF-in vitse-prezidenti Firdovsi Umudov tərəfindən verilib. Digər futbol adamına mükafatı PFL-in prezidenti Ramin Musayev təqdim edib.

Həmin kateqoriyadan