- Baxış sayı: 45
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Topaz Premyer Liqasının 7-ci turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üçgünlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın oktyabrın 8-dəki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub.
Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. Komanda oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.