- Baxış sayı: 42
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 146
- Sentyabr 23, 2026
- 0

“Qəbələ”nin hücumçusu Sergey Zenyov Estoniya yığmasında növbəti matçını keçirib. Allsport.az xəbər verir ki, o, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Sloveniya ilə görüşün iştirakçısı olub.
Mariborda baş tutan qarşılaşma sloveniyalıların 1:0 hesablı qələbəsi ilə bitib. Start heyətdə meydana çıxan Zenyov fasilədə əvəzlənib.
Qeyd edək ki, Estoniya yığması hazırda 10 xalla E qrupunda 4-cü yerdə qərarlaşıb.