“Qəbələ”nin mütəxəssislərinə sertifikatlar təqdim olundu

“Qəbələ” İdman Klubu tərəfindən futbol meydançalarının ot örtüyü üzrə mütəxəssisləri üçün təşkil olunan kursları bitirənlərə sertifikatlar təqdim olunub. Allsport.az xəbər verir ki, Qəbələdə təşkil olunan tədbirdə klubun futbol direktoru Toni Adams, Futbol Akademiyasının direktor müavini Nail Kərimov və ingiltərəli mütəxəssis, artıq uzun müddətdir “Qəbələ”də fəaliyyət göstərən Filip Şarples iştirak edib.

Onlar çıxış edərək kursların əhəmiyyətindən, klubda bu sahəyə diqqətdən danışıblar. Adams və Şarples kursları bitirənlərə işlərində uğurlar arzulayıb. Şarples bu layihənin gerçəkləşməsində Adamsın rolunu vurğulayıb.

Sonra 1 il 3 ay davam edən kursları başa vurub, imtahanları uğurla yekunlaşdıranlara İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) xüsusi sertifikatları təqdim olunub. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Həmin kateqoriyadan