“Qəbələ”nin oyundan qopması hakimin qərarlarından sonra oldu”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan premyer liqasının 25-ci turunda “Qarabağ”a uduzduqları oyun (1:3) barədə fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, o, qapılarına təyin edilən 2 penaltinin məğlubiyyətin əsas səbəblərindən olduğunu düşünür: “Səviyyə fərqini vurğuladınız. Amma qapımıza penalti təyin olunana kimi fərq hiss olunmurdu. Hər iki komanda layiqli mübarizə aparırdı. Biz fərqli düşünürük. Amma oyunu idarə edənlər fərqli düşünürlər. Məncə, “Qəbələ”nin oyundan qopması hakimin qərarlarından sonra oldu. “Qarabağ”a qarşı oynayırsansa, şansın az olacaq. Amma belə penaltilər təyin olunanda hər şey daha da çətinləşir”.

Həmin kateqoriyadan