«Qəbələ»nin ukraynalı müdafiəçisi: Azərbaycanlılar çox dindardırlar

«Qəbələ»nin ukraynalı legionçusu Vitali Vernidub ua.tribuna.com-a müsahisinbə Azərbaycan xalqının şəninə tərif deyib. Allsport.az saytı xəbər verir ki, müdafiəçi, ev sahiblərinin dindar olduğunu söyləyib:

«Azərbaycanlıların dinə münasibətinə heyranam. Orada çox insanlar dindardırlar. Təsəvvür edin: təlim-məşq topanışında, ağır iş mərhələsində, nə vaxt ki, enerjin tükənir, onlar oruc tutur, günortalar yemirlər. Ruhun gücü inanılmazdır. Bəli, məlumdur ki, azərbacanlılar temperamentli, hirslidir.

Bu məni təəccübləndirmədi. Hamını olduğu kimi qəbul edirəm. Axı onlarda qonağam. Azərbaycanlılar inciyən insanlardır. Dillərini öyrənməyə çalışıram. Amma orada rus dilini əksər adamlar bildiyindən, ünsiyyətdə çətinlik çəkmirəm».

Həmin kateqoriyadan