Qədirzadə Gürcüstan klubunda

Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək. Allsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Samtredia” ilə müqavilə imzalayıb.

Yüksək liqa klubu müqavilənin detallarını açıqlamayıb.

“Xəzər Lənkəran”ın yetirməsi 2019-cu ildə MOİK-lə divizion çempionluğu yaşayıb, “Qarabağ”ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub. O, son olaraq “Neftçi”də çıxış edib.

Həmin kateqoriyadan