“Qalatasaray”ın əfsanəsi danışdı

Əfsanəvi futbolçu Georgi Haci “Qalatasaray”a niyə transfer olunduğunu açıqlayıb. Allsport.az xəbər verir ki, sarı-qırmızılı komandanın keçmiş legionçularında biri olan rumıniyalı futbolun ən böyük dəyərlərindən biridir. O bu komandaya üstünlük verməsinin səbəbindən danışıb:

“”Qalatasaray”ı seçdim, çünki onlar Avropaya meydan oxuyacaq komanda qurmaq istəyirdilər. Həm də Türkiyə Rumıniyaya çox yaxın idi və mənim futboldan sonra evə getmək fikrim var idi” deyib.

 O, 1996-2002-ci illərə qədər aslanların şərəfini qoruyub. Haci 4 liqa çempionluğu, UEFA kuboku və super kubok qazanmasında böyük rol oynayıb.

2002 mövsümündən sonra peşəkar futbolçu karyerasını başa vurub. 24 aprel 2001-ci ildə Rumıniya milli komandasının heyətində sonuncu dəfə Buxarestdə keçirilən yubiley matçında dünya komandası ilə qarşılaşıb. O, futbolla vidalaşdıqdan sonra Rumıniya millisinə baş məşqci keçib. 

Həmin kateqoriyadan