“Qarabağ Azərbaycandır!” futbol turnirinin mükafatlandırılma mərasimi keçirilib

Azərbaycan idman jurnalistləri federasiyasının 2-ci Vətən müharibəsində Zəfərə həsr etdiyi “Qarabağ Azərbaycandır!” futbol turnirində “Qubadlı” komandası qalib olub. Allsport.az saytı xəbər verir ki, final qarşılaşmasındandan sonra, mükafatlandırılma mərasimi keçirilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək, KİV arasında bu turnirin məqsədinin 44-günlük 2-ci Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan ordusunun təbliği olduğunu deyib. Bildirib ki, turnirin final qarşılaşmasının və qaliblərin təltif olunmasının 26 iyun – Silahlı qüvvələr gününə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır.

Mərasimdə mükafatları qaliblərə İsmayıl İsmayılov, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev, milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, AİJF-in prezidenti Qabil Mehdiyev, şəhid jurnalistlər – Azərbaycan dövlət informasiya agentliyinin aparıcı müxbiri Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və Azərbaycan televiziyasının operatoru Sirac Abışovun qardaşı Şirzad Abışov təqdim ediblər.

Həmin kateqoriyadan